Saytımızı qiymətləndirin


 
 

Heqset: ABŞ uzun müddət digər ölkələri qoruyub, öz təhlükəsizliyini isə arxa plana keçirib
Tarix: 12-02-2026 | Saat: 08:17
Bölmə:Karusel / Dünya | çapa göndər

ABŞ-ın müharibə naziri Pit Heqset

 

ABŞ-ın müharibə naziri Pit Heqset bildirib ki, Birləşmiş Ştatlar uzun müddət digər ölkələrin təhlükəsizliyini təmin edərkən öz təhlükəsizliyinə lazımi diqqət yetirməyib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Heqset bu fikirləri Vaşinqtonda 34 ölkənin hərbi rəhbərliyinin iştirakı ilə keçirilən görüşdə səsləndirib.

Onun sözlərinə görə, hazırkı administrasiya ABŞ ərazisinin müdafiəsini yenidən milli silahlı qüvvələr üçün prioritet etməyi planlaşdırır.

“Bunun nəticələri həm ölkəmiz, həm də sizin ölkələr üçün fəlakətli olub. Fentanil, kokain və digər ölümcül narkotiklər sərhədimizdən axaraq milyonlarla amerikalını zəhərləyib və öldürüb. Bu silahlar və təhdidlər nəticəsində həlak olan amerikalıların sayı istənilən müharibədəki itkilərdən çoxdur”, – deyə nazir vurğulayıb.



Xəbəri paylaş

46 dəfə oxunub.

Digər xəbərlər