Saytımızı qiymətləndirin


 
 

ABŞ və Danimarka Qrenlandiya ilə bağlı danışıqlara başlayıb
Tarix: 29-01-2026 | Saat: 10:42
Bölmə:Karusel / Dünya | çapa göndər

ABŞ və Danimarka Qrenlandiya ilə bağlı danışıqlara başlayıb

ABŞ və Danimarka Qrenlandiyanın gələcəyi ilə bağlı danışıqlar aparır.

Qarabaginfo.az xəbər verir ki, bu barədə “Bloomberg“ məlumat yayıb.

Bildirilir ki, tərəflər Arktikada ABŞ-ın daha güclü mövcudluq istəyini nəzərə almağa çalışır, lakin, eyni zamanda, Danimarkanın suverenliyini pozmamaq və Qrenlandiyanın ABŞ-a verilməsi məsələsini gündəmə gətirməmək niyyətindədirlər.

Xatırladılır ki, danışıqlar Donald Trampın ötən həftə “gələcək razılaşmanın çərçivələrinin” əldə olunduğunu bildirməsindən sonra baş tutub. Bu proses həm də Qrenlandiya ətrafında yaranmış siyasi gərginliyi yumşaltmaq cəhdi kimi qiymətləndirilir.

Bloomberg“in mənbələrinə görə, ABŞ regionda təhlükəsizlik sahəsində rolunu genişləndirməyə çalışır və artıq Danimarkadan adaya dair suveren hüquqların tam şəkildə verilməsini tələb etmir.



Xəbəri paylaş

44 dəfə oxunub.

Digər xəbərlər
19-05-2025, 14:33 Lavrov Ermənistana gedir