Saytımızı qiymətləndirin


 
 

ABŞ “Tomahawk” raketlərini modernləşdirir və onların xidmət müddətini uzadır
Tarix: 25-01-2026 | Saat: 11:58
Bölmə:Karusel / Dünya | çapa göndər

ABŞ “Tomahawk” raketlərini modernləşdirir və onların xidmət müddətini uzadır

ABŞ Hərbi Dəniz Qüvvələri “Tomahawk” qanadlı raketlərinin modernləşdirilməsi proqramının genişləndirildiyini elan edib və bu məqsədlə Raytheon şirkəti ilə 380,8 milyon dollar dəyərində müqavilə imzalayıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Army Recognition məlumat yayıb.

Razılaşma çərçivəsində görüləcək işlər 2029-cu ilin aprel ayınadək davam edəcək. Müqavilə aşağıdakı istiqamətləri əhatə edir:

raketlərin yenidən sertifikatlaşdırılması;

texniki modernləşdirmə;

ehtiyat hissələrinin və xüsusi avadanlıqların tədarükü;

raket komplekslərinin gələcək istismarına dəstək.

Həmçinin müqavilə dəyişdirilə bilən hissə və modulların istifadəsini nəzərdə tutur ki, bu da lazım gəldikdə raketlərin döyüş qabiliyyətini sürətli şəkildə bərpa etməyə imkan verir.

ABŞ bunu niyə edir?

Modernləşdirmənin məqsədi “Tomahawk” raketlərinin xidmət müddətini görüləcək işlər başa çatdıqdan sonra ən azı üç il uzatmaq və onları ABŞ Hərbi Dəniz Qüvvələrinin uzaqmənzilli zərbələr üçün əsas vasitələrindən biri kimi saxlamaqdır.



Xəbəri paylaş

25 dəfə oxunub.

Digər xəbərlər
27-01-2022, 12:51 Sabahın hava proqnozu