Tarix: 13-01-2021 | Saat: 15:41
Bölmə:Karusel / Gündəm | çapa göndər
Azərbaycanda istismarda olan ödəmə terminalları yeni əsginasların qəbuluna uyğunlaşdırılır.
Bu barədə Qarabaqinfo. az-ə "Komtec" ("MilliÖN" ödəmə terminallarının operatoru) şirkətindən bildirilib.
Qeyd olunub ki, yeni əsginaslar vasitəsilə "MilliÖN" ödəmə terminallarında xidmətlərin ödənişlərini aparmaq üçün artıq proqram təminatı yenilənir: "Yeniləmə işləri bitdikdən sonra əsginasların qəbulu mümkün olacaq".
Öz növbəsində, "eManat" terminallarının operatoru olan "Modenis" şirkətindən "APA-Economics"ə bildirilib ki, hazırda bu terminallarının bir çoxu artıq yeni əsginasların qəbuluna uyğunlaşdırılıb, digərlərinin isə üzərində işlər davam etdirilir: "Yaxın günlərdə prosesin başa çatacağı gözlənilir".
Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının (AMB) qərarına əsasən 2021-ci ilin əvvəlindən tədavülə dizaynı və mühafizə sistemləri mövcud konsepsiya çərçivəsində yenilənmiş 1, 5 və 50 manatlıqların buraxılması elan edilib. Hazırda AMB tərəfindən yenilənmiş pul nişanlarının tədavülə buraxılmasına başlanılıb.
Digər xəbərlər