Saytımızı qiymətləndirin


 
 

 Tokayev Nazarbayevin Putinlə görüşlərinə münasibət bildirib
Tarix: 06-01-2026 | Saat: 08:55
Bölmə:Karusel / Siyasət | çapa göndər

 

Rusiya Prezidenti Vladimir Putin, Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayev

 

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev respublikanın ilk prezidenti Nursultan Nazarbayevin Rusiya prezidenti Vladimir Putinlə görüşlərinə münasibət bildirib.

Qarabaginfo.az xəbər verir ki, Tokayev artıq müntəzəm hal alan görüşlərin qeyri-rəsmi xarakter daşıdığını söyləyib. 

"Rusiya prezidentinin özü də bu məqamı vurğulayır. Sankt-Peterburqda bu yaxınlarda keçirilən görüşdə Vladimir Putin mənə bildirdi ki, Nursultan Nazarbayevi onun təkidi ilə qəbul edəcək. Rusiya prezidenti dostlarına və həmkarlarına qarşı xeyirxah münasibəti ilə seçilir. Mənə bu cür söhbətlərin məzmunu ilə maraqlı deyil, bu mövzuda heç vaxt sual vermirəm. Nursultan Nazarbayevin şəxsinə gəldikdə isə, mən onu dəfələrlə müasir Qazaxıstan dövlətçiliyinin banisi kimi ifadə etmişəm. Onun dövlət institutlarının yaradılmasına, iqtisadiyyatda bazar mexanizmlərinə və yeni paytaxtın tikintisinə verdiyi töhfələr göz qabağındadır", - Tokayev bildirib.

Qeyd edək ki, dekabrın 27-də Kremldə Putin Nazarbayevi qəbul edib. Bu barədə Rusiya prezidentinin mətbuat xidməti məlumat yayıb.



Xəbəri paylaş

21 dəfə oxunub.

Digər xəbərlər