Saytımızı qiymətləndirin


 
 

Putin və Makron Azərbaycan Prezidenti və Ermənistan Baş nazirinin görüşü barədə müzakirə aparıb
Tarix: 10-01-2021 | Saat: 16:48
Bölmə:Karusel / Siyasət | çapa göndər

Putin və Makron Azərbaycan Prezidenti və Ermənistan Baş nazirinin görüşü barədə müzakirə aparıb

Rusiya Prezidenti Vladimir Putin və Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

  Putin və E. Makron Rusiya Prezidentinin təşəbbüsü və iştirakı iləsabah Moskvada Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında keçiriləcək görüş barədə müzakirə aparıblar.

 

Qeyd edilib ki, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin fəaliyyətinin koordinasiya edilməsi çərçivəsində Rusiya Prezidentinin fransalı həmkarı telefon danışığında 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli Bəyannamənin icrası, regionda sülhün təmin olunması istiqamətində gələcəkdə atılacaq addımlar diqqət mərkəzində olub. 

  Makron Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində səylərinə dəstəyini ifadə edib. Tərəflər əsas diqqəti döyüşlərdən əziyyət çəkmiş əhaliyə humanitar yardımlara, bu sahədə ixtisaslaşmış beynəlxalq təşkilatların roluna yönəldiblər. APA



Xəbəri paylaş

319 dəfə oxunub.

Digər xəbərlər