Saytımızı qiymətləndirin


 
 

Sabah Bakıda hava buludlu olacaq, rayonlara yağış yağacaq
Tarix: 10-01-2021 | Saat: 12:14
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

İstirahət günlərində gözlənilən hava proqnozu açıqlanıb - AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Sabaha gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Departamentindən Qarabaginfo.az-a verilən məlumata görə, yanvarın 11-də  Bakıda və Abşeron yarımadasında  hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı  gözlənilir.

Gecə və axşam bəzi yerlərdə zəif duman, çiskin olacaq. Mülayim şimal-qərb küləyi gecə və səhər arabir güclənəcək. Havanın temperaturu  Abşeron yarımadasında gecə 1-4, gündüz  7-9, Bakıda gecə 2-4, gündüz  7-9 dərəcə isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək,  nisbi rütubət 70-80 faiz olacaq.

 

Yanvarın 11-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi şərq rayonlarında yağış yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu  gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz  6-11 dərəcə isti, dağlarda gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 3-8 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacaq.   



Xəbəri paylaş

315 dəfə oxunub.

Digər xəbərlər