Saytımızı qiymətləndirin


 
 

Rusiya "Oreşnik"lə cəmi 2 dəqiqəyə Varşavanı vura bilər
Tarix: 19-12-2025 | Saat: 08:33
Bölmə:Karusel / Dünya | çapa göndər

Rusiya "Oreşnik"lə cəmi 2 dəqiqəyə Varşavanı vura bilər

Rusiyanın orta mənzilli "Oreşnik" ballistik raketi Belarusdan Kiyevə 1 dəqiqə 51 saniyəyə uça bilir.

Qarabaginfo.az Teleqrаf-a istinadən xəbər verir ki, "Oreşnik" artıq Belarus ordusunun inventarındadır.

Ukrayna hərbçilərinin məlumatına görə, bu raket saatda 12.300 km-dən çox sürətə çata bilir və altı döyüş başlığı ilə təchiz olunub.

İddia edilir ki, sözügedən raket Belarusdan cəmi 1 dəqiqə 4 saniyəyə Litvanın paytaxtı Vilnüsə çata bilər.

“O, təxminən 1 dəqiqə 40 saniyəyə Rovne, 1 dəqiqə 44 saniyəyə Lutsk, 1 dəqiqə 51 saniyə Kiyev və 2 dəqiqə 24 saniyəyə Lvovdakı hədəfi vura bilər.

Bu arada, AB şəhərlərinə orta uçuş müddəti təxminən iki dəqiqədir: Dauqavpilsə 1 dəqiqə 22 saniyə, Lyublinə 2 dəqiqə 11 saniyə, Varşavaya 2 dəqiqə 23 saniyə və Estoniyanın Tartu şəhərinə isə 2 dəqiqə 41 saniyə...”

 



Xəbəri paylaş

66 dəfə oxunub.

Digər xəbərlər