Saytımızı qiymətləndirin


 
 

Binəqədidə kanalizasiya kollektoru üstündə tikilən ev çökdü –FOTO
Tarix: 16-12-2025 | Saat: 17:16
Bölmə:Karusel / Hadisə | çapa göndər

 

Ötən gün Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Tomris küçəsində bünövrəsi çökmüş fərdi yaşayış evləri uçub.

Qarabaginfo.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə səhər saatlarında baş verib.

Məlumata görə, həmin mənzillər magistral kanalizasiya kollektorunun üzərində inşa edilib.

Son günlər davam edən yağıntılı hava şəraiti səbəbindən kollektorda suyun səviyyəsi yüksəlib və ərazidə çökmə baş verib.

Sakinlər iddia edir ki, kollektorda deformasiya səbəbindən çirkab su torpaq qatına axıb, bu da ərazinin çökməsinə səbəb olub.



Xəbəri paylaş

162 dəfə oxunub.

Digər xəbərlər