Saytımızı qiymətləndirin


 
 

ABŞ generalı Makkini Bakıdan sonra İrəvana yollanıb
Tarix: 10-12-2025 | Saat: 16:37
Bölmə:Karusel / Siyasət | çapa göndər

general-mayor Kris Makkinin rəhbərlik etdiyi nümayəndə heyəti Ermənistanda səfərdə

 

ABŞ-ın Avropa Komandanlığının Tərəfdaşlıq, Təhlükəsizlik sahəsində əməkdaşlıq və Kütləvi qırğın silahlarına qarşı mübarizə üzrə direktor müavini, general-mayor Kris Makkininin rəhbərlik etdiyi nümayəndə heyəti Ermənistanda səfərdədir.

Qarabaginfo.az xəbər verir ki, bu barədə ABŞ-ın Ermənistandakı səfirliyi məlumat yayıb.

Bildirilir ki, nümayəndə heyətinin səfərinin məqsədi 8 avqustda Ağ Evdə keçirilmiş sammitdə əldə olunan razılaşmaların dəstəklənməsidir.

ABŞ-ın Avropa Komandanlığının Tərəfdaşlıq, Təhlükəsizlik sahəsində əməkdaşlıq və Kütləvi qırğın silahlarına qarşı mübarizə üzrə direktor müavini, general-mayor Kris Makkini 30 noyabr – 3 dekabr tarixlərində Bakıda səfərdə olub. Səfər çərçivəsində general-mayor MakKinni Müdafiə Nazirliyində və Fövqəladə Hallar Nazirliyində görüşlər keçirib.



Xəbəri paylaş

46 dəfə oxunub.

Digər xəbərlər