Ağ Ev yenilənmiş milli təhlükəsizlik strategiyasını dərc edib.
Qarabaginfo.az bildirir ki, Strategiyada güc vasitəsilə sülh və Ukraynadakı müharibəyə son qoymaq ABŞ-ın ən vacib maraqları kimi qeyd olunub.
Əsas mesaj budur ki, diqqət ABŞ-ın milli təhlükəsizliyinin maraqlarına, “Əsas Amerikadır!” prinsipinə yönəldilməlidir.
Amerikanın Avropadakı siyasətini əks etdirən bölmədə Ukraynadakı müharibənin həlli ən vacib məsələ kimi qoyulub: “Rusiyanın Ukraynadakı müharibəsi nəticəsində Avropa ilə Rusiya arasında münasibətlər ciddi şəkildə zəifləyib. Bir çox avropalı Rusiyanı özünün mövcudluq təhlükəsi kimi görür. Avropanın Rusiya ilə münasibətlərini idarə etmək həm Avrasiya qitəsində strateji sabitlik şəraitini bərpa etmək, həm də Rusiya ilə Avropa dövlətləri arasında münaqişə riskini azaltmaq üçün ABŞ-ın əhəmiyyətli diplomatik iştirakını tələb edəcək”-deyə sənəddə vurğulanır.
Strategiyada bildirilir ki, ABŞ-ın ən vacib marağı Avropa ölkələrinin iqtisadiyyatını sabitləşdirmək, müharibənin gözlənilməz eskalasiyasının və ya genişlənməsinin qarşısını almaq, Rusiya ilə münasibətlərdə strateji sabitliyi bərpa etməkdir. “Həmçinin Ukraynanın həyat qabiliyyətli bir dövlət kimi yaşaması üçün müharibədən sonrakı yenidənqurma imkanını təmin etmək məqsədilə hərbi əməliyyatlara son qoymaqdır.”
Aşağıda yeni doktrinanın əsas prinsipləri göstərilib:
-Güc vasitəsilə sülh. Güc ən yaxşı çəkindirmə vasitəsidir.
–Digər ölkələrin daxili işlərinə müdaxilə etməmək. Çoxsaylı və müxtəlif maraqları olan ölkələr üçün daxili işlərə qarışmamaq prinsipinə ciddi şəkildə riayət etmək mümkün deyil.
–Çevik Realizm. Biz ənənələri və tarixi əhəmiyyətli dərəcədə fərqlənən dünya ölkələri ilə demokratik, digər sosial dəyişiklikləri onların iradələrinə zidd olaraq məcburi formada tələb etmədən yaxşı münasibətlər və dinc ticarət əlaqələr qurmağa cəhd edirik.
–Millətlərin Aliliyi. Dünyanın əsas siyasi vahidi millət-dövlətdir və belə də qalacaq. Amerika Birləşmiş Ştatları digər dövlətlərlə münasibətlərində öz maraqlarını birinci yerə qoyacaq və digər ölkələri öz maraqlarını birinci yerə qoymağa təşviq edəcək.
–Suverenlik və Hörmət. Amerika Birləşmiş Ştatları qeyd-şərtsiz öz suverenliyini müdafiə edəcək.
–Güc Balansı. Amerika Birləşmiş Ştatları heç bir ölkənin Amerikanın maraqlarını təhdid edəcək qədər dominant olmasına icazə verə bilməz.
–Ədalət — hərbi ittifaqlardan ticarət münasibətlərinə qədər.
–Səriştə və ləyaqət. Amerikanın rifahı və təhlükəsizliyi səriştəliliyin inkişafı və təşviqindən asılıdır.






" style="width: 670px; height: 340px;">










