Saytımızı qiymətləndirin


 
 

Trampdan sərt xəbərdarlıq: “Çətin günlər başlayır, amma hər şeyi dəyişəcəyəm”
Tarix: 27-11-2025 | Saat: 12:02
Bölmə:Karusel / Dünya | çapa göndər

 

ABŞ prezidenti Donald Tramp ölkənin siyasi durumuna dair növbəti sərt açıqlama ilə gündəmə gəlib.

Qarabaginfo.az xəbər verir ki, Tramp çıxışında ABŞ-ın qarşıdakı aylarda ciddi sınaqlarla üzləşəcəyini bildirib.

Onun sözlərinə görə, ölkədə aparıcı siyasi və iqtisadi qərarların bir hissəsi ictimai narazılıq doğurur və mövcud gedişatın dəyişməsinə ehtiyac var. Prezident Tramp bəyan edib ki, onun administrasiyası bütün çətinliklərə baxmayaraq ölkənin təhlükəsizliyini və sabitliyini qorumaq üçün qəti addımlar atacaq.

Tramp həmçinin bəzi qüvvələrin ABŞ daxilində bölücülüyü artırmağa çalışdığını qeyd edib. O deyib ki, bu cəhdlər ölkənin milli maraqlarına ziddir və administrasiya belə proseslərə qarşı sərt mövqe nümayiş etdirəcək.

Prezident çıxışının sonunda bildirib ki, qarşıdakı mürəkkəb dövrə baxmayaraq, ölkənin yenidən gücləndirilməsi üçün bütün imkanlar səfərbər olunacaq.

Qeyd edək ki, bu gün səhər saatlarında Ağ Ev yaxınlığında baş verən silahlı hücum nəticəsində 2 mühafizəçi həlak olub.

Hücumdan dərhal sonra Ağ Ev təhlükəsizlik məqsədilə giriş-çıxışa tamamilə bağlanıb və yaxın ərazilər nəzarət altına alınıb.



Xəbəri paylaş

62 dəfə oxunub.

Digər xəbərlər