Saytımızı qiymətləndirin


 
 

ABŞ Dövlət katibinin müavini: Vaşinqton Cənubi Qafqazda sülh prosesini dəstəkləyir
Tarix: 19-11-2025 | Saat: 16:23
Bölmə:Karusel / Region | çapa göndər

ABŞ Dövlət katibinin müavini: Vaşinqton Cənubi Qafqazda sülh prosesini dəstəkləyir

ABŞ Cənubi Qafqazda sülh prosesini dəstəkləyir.

Qarabaginfo.az xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin ABŞ Dövlət katibinin siyasi məsələlər üzrə müavini Alison Hukerin Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşü ilə bağlı məlumatında qeyd edilib.

Görüşdə iki ölkə arasında yeni strateji tərəfdaşlığın inkişaf etdirilməsi, eləcə də ABŞ Prezidenti Donald Trampın Cənubi Qafqazda sülh və rifahın təşviqinə yönəlmiş vizyonunun irəlilədilməsi məsələləri müzakirə edilib.

Allison Huker Azərbaycanı və Ermənistanı Prezident İlham Əliyev, Nikol Paşinyan və Prezident Trampın iştirakı ilə avqust ayında keçirilmiş tarixi görüş münasibətilə təbrik edib.

“Bu mühüm mərhələ tamhüquqlu sülh sazişinə doğru atılacaq növbəti addımlarla birlikdə barışıq, uzunmüddətli sabitlik və iqtisadi inkişaf üçün yeni imkanlar yaradır”, – məlumatda bildirilib.



Xəbəri paylaş

51 dəfə oxunub.

Digər xəbərlər

Dünən, 10:03Ronaldo Ağ Evdə