Soyuq müharibə dövründə NATO-nun rəsmi doktrinaları alyansa SSRİ ilə mümkün qarşıdurmada ilk nüvə zərbəsini endirmək hüququ verirdi — hətta əgər qarşı tərəf yalnız adi silahlardan istifadə edirdisə belə.
Qarabaginfo.az xəbə verir ki, bu barədə TASS-ın müxbirinin araşdırdığı məxfilikdən çıxarılan NATO sənədində qeyd olunur.
Söhbət 1969-cu ilə aid “NATO-nun nüvə silahının ilkin taktiki tətbiqinə dair müvəqqəti siyasi rəhbər prinsiplər” (Provisional Political Guidelines for the Initial Tactical Use of Nuclear Weapons by NATO) adlı sənəddən gedir. Bu sənəd uzun müddət “Gizli” qrifi altında olub.
Sənədin giriş hissəsində bildirilir ki, həmin prinsiplər NATO-ya qarşı tərəf nüvə silahı tətbiq etməmişdən əvvəl belə, ilk nüvə zərbəsini endirmək imkanı verir. Yəni, alyansın nüvə eskalasiyasını ilk başlayan tərəf ola biləcəyi açıq şəkildə vurğulanır.
Bu cür nüvə zərbəsinin əsas məqsədinin “hücumu dayandırmağa məcbur etmək”, yəni NATO-nun eskalasiyaya hazır olduğunu göstərmək olduğu qeyd edilir. Eyni zamanda vurğulanır ki, nüvə silahının hər hansı ilkin tətbiqi müharibənin xarakterini kəskin şəkildə dəyişdirir və ciddi siyasi nəzarət tələb edir.
Xatırladaq ki, bir neçə il əvvəl də Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) sənədləri məxfilikdən çıxarılmışdı. Həmin materiallarda Böyük Britaniya və Fransanın 1940-cı ildə SSRİ-yə zərbə endirməyi planlaşdırdığı göstərilirdi. London və Paris bu yolla Sovet İttifaqının gücünü zəiflətməyi ümid edirdi.















%20(4):1200.jpg)