Saytımızı qiymətləndirin


 
 

Goranboy icradan insidentlə bağlı - Açıqlama
Tarix: 17-11-2025 | Saat: 16:38
Bölmə:Karusel / Gündəm | çapa göndər

goranboy-icradan-insidentle-bagli

Goranboy Rayon İcra Hakimiyyəti RİH binasında baş vermiş insidentlə bağlı açıqlama yayıb.

Qarabaginfo.az xəbər verir ki, Goranboy Rayon İcra Hakimiyyətinin inzibati binasında 05 noyabr 2025-ci il tarixində keçirilən vətəndaş qəbulu zamanı Qızılhacılı qəsəbə sakini İsgəndərov Afiq Xanış oğlu, qanunsuz istifadə  etdiyi ümumi istifadəli örüş torpaq sahələri, həmin torpaq sahələrində apardığı qanunsuz tikililər və ağac kəsimi ilə bağlı yerli bələdiyyə tərəfindən rayon Polis Şöbəsinə müraciət olunduğunu bildirib, buna  görə həmin torpaq sahələrinin  sənədləşdirilməsini və qanunsuzluqlarına göz yumulmasını təkidlə tələb edib.

RİH Başçısının müavini Zaur Əliyev bununla bağlı, mövcud qanunvericiliyin tələblərini vətəndaşa izah etməyə çalışıb, lakin A.İsgəndərov qeyri-qanuni tələblərini uca səslə davam etdirmiş və münaqişə yaratmağa cəhd göstərib.

Bu barədə müvafiq Akt tərtib edilib və aidiyyəti üzrə rayon Polis Şöbəsi tərəfindən aparılmış qanunamüvafiq araşdırmanın nəticəsində məhkəmə qərarına əsasən, A.İsgəndərov barəsində 6 sutka inzibati həbs tədbiri görülüb.

Məlumat üçün bildiririk ki, A.İsgəndərov su idarəsinin icraçı direktoru deyil, Qızılhacılı Sudan İstifadəedənlər Birliyinin əməkdaşıdır”.

Qeyd edək ki, A.İsgəndərov məhkəmədə özünü Goranboy Su və Melorasiya İdarəsinin icraçı direktoru kimi təqdim edib. /Qafqazinfo



Xəbəri paylaş

21 dəfə oxunub.

Digər xəbərlər