Rusiyada sərnişin təyyarəsi qəzadan qurtulub.
Qarabaginfo.az bildirir ki, Vladivostokdan Blaqoveşçenskə uçan “Rusiya Hava Yolları”na məxsus “Suxoy SuperJet” təyyarəsinin uçuş zamanı sağ mühərriki qopub. Yerli media və Telegram kanallarının məlumatına görə, 90 sərnişin və beş heyət üzvü olan təyyarə Xabarovskda təcili eniş edib. Heç kim xəsarət almayıb.
Uzaq Şərq Nəqliyyat Prokurorluğu bildirib ki, Primorski Nəqliyyat Prokurorluğu təyyarənin uçuşa hazırlanması zamanı Vladivostok hava limanında texniki xidmətləri qiymətləndirəcək”.

















%20(4):1200.jpg)
