Saytımızı qiymətləndirin


 
 

Kobaxidze Çinə səfər edəcək
Tarix: 03-11-2025 | Saat: 11:29
Bölmə:Karusel / Region | çapa göndər

 

Picture background

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Çinin Şanxay şəhərinə səfər edəcək.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Gücüstanın hökumət administrasiyasından bildirilib.

Səfər Çin Xalq Respublikasının Baş naziri Li Çianın dəvəti əsasında baş tutacaq.

İ.Kobaxidze səfər çərçivəsində çinli həmkarı ilə görüşəcək, Çin Beynəlxalq İdxal Sərgisinin açılış mərasimində iştirak edəcək. Gürcüstan sərgiyə fəxri qonaq qismində qatılıb. Sərgidə 40-dan çox Gürcüstan şirkəti iştirak edəcək.

Baş naziri səfərdə xarici işlər naziri Maka Boçorişvili, iqtisadiyyat və dayanıqlı inkişaf naziri Mariam Kvrivişvili, ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri Davit Sonqulaşvili, maliyyə naziri Laşa Xutsişvili, infrastruktur naziri Revaz Soxadze, Milli Bankın prezidenti Natia Turnava və hökumət administrasiyasının rəhbəri Levan Jorjolianidən ibarət nümayəndə heyəti müşayiət edəcək.

Qeyd edək ki, Çin Beynəlxalq İdxal Sərgisi noyabrın 5-dən 10-dək keçiriləcək.



Xəbəri paylaş

35 dəfə oxunub.

Digər xəbərlər