Saytımızı qiymətləndirin


 
 

Allahşükür Paşazadə Papa ilə görüşdü - Foto
Tarix: 01-11-2025 | Saat: 13:51
Bölmə:Karusel / Siyasət | çapa göndər

Allahşükür Paşazadə Papa ilə görüşdü - Foto

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Vatikana səfəri çərçivəsində Roma Katolik Kilsəsinin rəhbəri Papa XIV Leo ilə görüşüb.

Qarabaginfo.az xəbər verir ki, görüş Müqəddəs Pyotr Meydanında keçirilən ümumi audiensiyadan sonra baş tutub.

Şeyxülislam Allahşükür Paşazadə Roma Papasına Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın salamlarını çatdırıb, Heydər Əliyev Fondunun son illər ərzində Vatikandakı fəaliyyətinin əhəmiyyətini vurğulayıb, ölkədə ikinci Katolik Kilsəsinin inşası barədə məlumat verib.

QMİ sədri bildirib ki, Papa XIV Leonu Azərbaycanda görmək böyük şərəf olar. Roma Papasının ölkəyə səfər edəcəyi təqdirdə Azərbaycandakı dinlərarası harmoniyanı, dövlət-din münasibətlərinin yüksək səviyyəsini və multikulturalizm mühitini əyani şəkildə görə biləcəyi qeyd olunub.

Papa Leo isə Azərbaycana səfər etməyə rəğbətlə baxdığını, iş qrafikinə görə bunu tənzimləyəcəyini deyib. 



Xəbəri paylaş

37 dəfə oxunub.

Digər xəbərlər