Saytımızı qiymətləndirin


 
 

Eldar Əzizov: Bəzən məmurların xəyanət yoluna düşməsi halları ilə qarşılaşırıq
Tarix: 30-10-2025 | Saat: 15:16
Bölmə:Karusel / Gündəm | çapa göndər

Picture background

"Bəzən məsul vəzifələrin həvalə edildiyi bəzi qədirbilməz məmurların xəstə ambisiyalarla idarə olunaraq deqradasiyaya uğradığı və qəbuledilməz hərəkətlər və hətta xəyanət yoluna düşməsi halları ilə qarşılaşırıq".

Qarabaginfo.az xəbər verir ki, bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov BŞİH-də keçirilən müşavirədə deyib.

"Qoy hamı xatırlasın ki, Azərbaycan Prezidentinin siyasəti sayəsində dövlət vahid bir qurumdur, o cümlədən praktikada gördüyümüz kimi özünü səhlənkar məmurlardan təmizləməyə qadirdir. Bütün məmurlar unutmamalıdırlar ki, onların işini qiymətləndirmək üçün əsas meyar məsuliyyət və sədaqətdir", - Bakı Şəhər İcra Hakimiyyətinin başçısı bildirib.

Eldar Əzizov qeyd edib ki, hər bir dövlət məmuru cəmiyyət qarşısında məsuliyyətini xatırlamalı və vətəndaşların maraqları naminə çalışmalı, təvazökarlıq, dürüstlük və peşəsinə sədaqət nümayiş etdirməlidir.



Xəbəri paylaş

14 dəfə oxunub.

Digər xəbərlər