Saytımızı qiymətləndirin


 
 

Hərbi xidmətə göndəriləcək çağırışçılara SMS göndərilməsinə başlanılıb
Tarix: 23-04-2020 | Saat: 12:21
Bölmə:Karusel / Qarabağ | çapa göndər

 

 

Azərbaycan Respublikasında 2020-ci ilin may ayında müddətli həqiqi hərbi xidmətə göndəriləcək çağırışçılar Silahlı Qüvvələr üzrə xidmət yerlərinə təyinatla bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) tərəfindən aprelin 22-də SMS vasitəsilə məlumatlandırılıblar.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən məlumat verilib.

Bununla yanaşı, vətəndaşlar xidmət edəcəkləri hərbi hissə və qoşun növünü SHXÇDX-nin rəsmi internet saytının (www.seferberlik.gov.az) “Elektron xidmət” bölməsinin “Həqiqi hərbi xidmətə çağırılan çağırışçıların hərbi xidmət keçmə yeri haqqında məlumatlar” alt bölməsində özləri haqqında tələb olunan məlumatları müvafiq qaydada daxil etməklə dəqiqləşdirə bilərlər. Həmçinin mobil telefonlardan çağırışçıların şəxsiyyət vəsiqələrinin nömrələrini (yeni nəsil şəxsiyyət vəsiqələrində isə seriya və nömrəni probelsiz daxil edərək) 9100 nömrəsinə qısa mesaj şəklində göndərməklə də müddətli həqiqi hərbi xidmətə çağırış barədə məlumat əldə etmək mümkündür. Bu xidmətdən bütün mobil operatorlara məxsus nömrələri olan şəxslər istifadə edə bilərlər.

Qeyd edək ki, "Azərbaycan Respublikası vətəndaşlarının 2020-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırış müddətinin uzadılması haqqında" Azərbaycan Respublikasınının Qanununa əsasən Azərbaycan Respublikası vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə aprel çağırışının müddəti 2020-ci il mayın 31-dək uzadılıb.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti bütün çağırışçıları bir daha xüsusi karantin rejiminin tələblərinə əməl etməyə, özünütəcrid və sanitar-gigiyena qaydalarına riayət etməyə çağırır.

Əlavə olaraq bildiririk ki, çağırışçıların hərbi qeydiyyatda olduqları Xidmətin yerli idarə, şöbə və bölmələri tərəfindən çağırıldığı halda aidiyyəti üzrə gəlmələri zəruridir. "Report"



Xəbəri paylaş

431 dəfə oxunub.

Digər xəbərlər