Saytımızı qiymətləndirin


 
 

Ukrayna Rusiyanın hərbi-sənaye kompleksinin strateji obyektlərinə zərbələr endirib
Tarix: 29-10-2025 | Saat: 16:51
Bölmə:Karusel / Dünya | çapa göndər

Ukrayna Rusiyanın hərbi-sənaye kompleksinin strateji obyektlərinə zərbələr endirib

Ukrayna ordusu Rusiyanın hərbi-sənaye kompleksinə aid strateji obyektlərə növbəti uğurlu zərbələr endirib.

Qarabaginfo.az xəbər verir ki, bu haqda Ukrayna ordusunun Baş qərargahı məlumat yayıb.

Ukrayna Müdafiə Qüvvələrinin bölmələri oktyabrın 29-na keçən gecə Rusiya ordusunu yanacaqla təmin edən iki neft emalı zavodunu hədəfə alıb. Zərbələr nəticəsində müəssisə ərazilərində partlayışlar və yanğınlar qeydə alınıb.

Məlumata görə, Ulyanovsk vilayətinin Novospasskoye qəsəbəsində yerləşən “Novospasskiy” Neft Emalı Zavodu məhv edilib. Zavod “Prominvest” holdinqinə daxildir və ildə təxminən 600 min ton neft emal gücünə malikdir ki, bu da Rusiyanın ümumi emalının 0,2%-ini təşkil edir. Müəssisə benzin, dizel yanacağı və mazut istehsal edir, daxili bazarı və ixracı təmin edir.

Eyni zamanda, Mariy El Respublikasının Tabashino qəsəbəsində yerləşən Mariyskiy Neft Emalı Zavodu da zərbələrə məruz qalıb. Zavodun ərazisində partlayışlar və güclü yanğın baş verib. Müəssisənin illik emal gücü 1,3 milyon ton olub (Rusiyanın ümumi emalının 0,5%-i).

Bundan əlavə, Stavropol diyarının Budyonnovsk şəhərindəki Budyonnovski Qaz Emalı Zavodu da bu gecə Ukrayna dronlarının hədəfi olub. Zavodun GPU-1 istehsal qurğusuna birbaşa zərbə endirildiyi bildirilib. Müəssisənin illik emal gücü 2,2 milyard kubmetr qaz təşkil edir və bölgədəki bir sıra sənaye müəssisələrini qazla təmin edirdi.

Bildirilir ki, bu obyektlərin sıradan çıxarılması Rusiyanın hərbi əməliyyatlar aparmaq imkanlarını əhəmiyyətli dərəcədə zəiflədir.



Xəbəri paylaş

7 dəfə oxunub.

Digər xəbərlər