Saytımızı qiymətləndirin


 
 

İTV-nin “Milyonların şousu”nda 8 min qazanmış Yusif Abdullayev saxlanılıb-FOTO
Tarix: 29-10-2025 | Saat: 14:04
Bölmə:Karusel / Kriminal | çapa göndər

 

İnsanları BƏƏ, Kanada və Avropa ölkələrində işə düzəltmək adı altında dələduzluq edərək aldadan şəxslər saxlanılıblar.
Nəsimi RPİ 22-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir nəticəsində insanları xaricdə işə düzəltmək adı altında dələduzluq edərək aldatmaqda şübhəli bilinən 26 yaşlı Yusif Abdullayev və 24 yaşlı Emil Malayev saxlanılıblar.
Araşdırmalarla müəyyən edilib ki, saxlanılan şəxslər Nəsimi rayonu ərazisində yerləşən ticarət mərkəzlərinin birində ofis icarəyə götürərək xaricdə iş elanları verməyə başlayıblar. Onlar zərərçəkənləri Birləşmiş Ərəb Əmirlikləri, Kanada və Avropa ölkələrində müxtəlif vəzifələrdə işlə təmin edəcəkləri vədini verərək aldadıblar. Y.Abdullayev və E.Malayev bu yolla 20-dən çox zərərçəkənin müxtəlif məbləğlərdə pul vəsaitlərini ələ keçiriblər.
Faktlarla bağlı Nəsimi RPİ-də dələduzluq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Qeyd edək ki, saxlanılanlardan biri Yusif Abdullayev İTV-də yayımlanan “Milyonların şousu”nun 11 oktyabrda gedən buraxılışında iştirak edib və 8 min manat
qazanıb.


Xəbəri paylaş

30 dəfə oxunub.

Digər xəbərlər