Saytımızı qiymətləndirin


 
 

Baş Prokurorluq: Helikopterin “qara qutu”su araşdırılır
Tarix: 06-12-2021 | Saat: 16:37
Bölmə:Karusel / Sosial | çapa göndər

Baş Prokurorluq: Helikopterin “qara qutu”su araşdırılır

Dövlət Sərhəd Xidmətinə (DSX) məxsus hərbi helikopterin qəzaya uğramasında hər hansı bir təxribat və ya kənar müdaxilə yoxdur.

Qarabaginfo.az xəbər verir ki, bunu Baş prokurorun böyük köməkçisi, Ədliyyə müşaviri Mahir Abbasov bu gün 2021-ci il noyabrın 5-də verilən “8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Qərarın prokurorluq orqanları tərəfindən icrasına dair keçirilən brifinqdə deyib.

M. Abbasovun sözlərinə görə, hadisə baş verəndən sonra dərhal Baş Prokurorluğun istintaq qrupu yaradılıb:

“Mürəkkəb hadisə olduğuna görə müxtəlif növ ekspertizalar təyin edilib. Hadisənin baş verməsində hər hansı bir təxribat, kənar müdaxilə yoxdur. Ekspertizaların rəylərindən sonra hadisənin baş verməsi barədə dəqiq məlumat veriləcək”.

Prokurorluq rəsmisi əlavə edib ki, helikopterin “qara qutu”su üzərində iş aparılır, bununla bağlı hazırda hər hansı məlumat verə bilməz.



Xəbəri paylaş

1244 dəfə oxunub.

Digər xəbərlər