Ukraynada “Die Welt”in müxbiri dron hücumu zamanı yaralanıb
Tarix: 28-10-2025 | Saat: 17:06
Bölmə:Karusel / Dünya | çapa göndər
98 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 28-10-2025 | Saat: 17:06
Bölmə:Karusel / Dünya | çapa göndər

Ukraynanın şərqində çəkiliş aparan Almaniyanın “Die Welt” qəzetinin jurnalisti İbrahim Naber Rusiya ordusunun “Lancet” kamikadze dronunun hücumu nəticəsində yaralanıb.
Qarabaginfo.az “RBC-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə “Die Welt”in müxbiri özünün “Intagram” səhifəsində paylaşım edib.
Naberin verdiyi məlumata görə, hadisə onların hava hücumundan müdafiə bölməsi ilə birlikdə çəkiliş apardığı zaman baş verib. Onun sözlərinə görə, dron yaxınlıqda dayanan hərbi avtomobili hədəf alıb.
Hücum nəticəsində bir ukraynalı hərbçi həlak olub, digəri isə ağır yaralanaraq ayağının amputasiyası ilə nəticələnən xəsarətlər alıb.
Jurnalist İbrahim Naber, onun operatoru Viktor Zaxarenko və prodüseri İvan Lısenko da yaralanıblar.
Xəbəri paylaş
Digər xəbərlər
17-05-2025, 12:32
Oyanarsa dünya dəyişəcək vulkanlar –Səssiz təhlükələr
3-09-2024, 15:57
MEDİA-nın regional idarəsinin əsasnaməsi təsdiqləndi
20-08-2025, 21:12
Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak olub-FOTO
15-01-2021, 15:00
"Gələn həftə Azərbaycanda..." - Nazirlər Kabinetindən vacib açıqlama
3-07-2021, 12:26
Bazar gününün hava proqnozu
28-02-2025, 23:49
ABŞ-ın gələcək prezidenti o olacaq- İlon Mask AÇIQLADI
29-10-2026, 15:28
“Keşikçidağ”la bağlı dezinformasiyaya görə həbs edilmiş gürcü jurnalist azadlığa buraxılıb
27-08-2021, 13:42
“Taliban” Əfqanıstanda musiqini qadağan edəcək













