Saytımızı qiymətləndirin


 
 

ABŞ-ın gələcək prezidenti o olacaq- İlon Mask AÇIQLADI
Tarix: 28-02-2025 | Saat: 23:49
Bölmə:Karusel / Dünya | çapa göndər

 

Amerikalı milyarder, “Tesla” və “SpaceX”ın rəhbəri İlon Mask ABŞ-ın hazırkı vitse-prezidenti Cey Di Vensi Donald Trampın səlahiyyət müddətinin bitməsindən sonra prezident postuna ən yaxşı namizəd olaraq göstərib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə o, özünün “X” sosial şəbəkəsindəki hesabında yazıb.

“İndiyə qədər ən yaxşı vitse-prezident və bizim gələcək prezidentimiz”, – deyə sahibkar qeyd edib.

Mask Vensin Böyük Britaniya baş naziri Kir Starmerlə söz azadlığı məsələsində apardığı yaxın zamanlardakı müzakirəni şərh edən bir paylaşıma belə reaksiya verib.



Xəbəri paylaş

30 dəfə oxunub.

Digər xəbərlər