Saytımızı qiymətləndirin


 
 

İrakli Qaribaşviliyə qarşı ittiham irəli sürülməyib
Tarix: 23-10-2025 | Saat: 08:20
Bölmə:Karusel / Region | çapa göndər

Gürcüstanın keçmiş Baş naziri İrakli Qaribaşvili

 

Hazırkı mərhələdə Gürcüstanın keçmiş Baş naziri İrakli Qaribaşviliyə qarşı ittiham irəli sürülməyib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə onun vəkili Lili Gelaşvili yerli mediaya açıqlamasında bildirib.

O, qanunsuz gəlir əldə etmə və korrupsiyanın ayrı-ayrı anlayışlar olduğunu qeyd edib.

Vəkil İ.Qaribaşvilinin məsələ ilə bağlı yaxın günlərdə xüsusi bəyanatla çıxış edəcəyini deyib.

Qeyd edək ki, İ.Qaribaşvili bu gün Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin Korrupsiyaya Qarşı Mübarizə İdarəsində dindirilib. O, illər ərzində qanunsuz gəlir əldə etdiyini etiraf edib.

Xatırladaq ki, İ.Qaribaşvili Gürcüstanın Baş naziri vəzifəsini 2013-2015 və 2021-2024-cü illərdə tutub. O, 2024-cü ilin fevralın 1-də hakim “Gürcü Arzusu” partiyasının sədri seçilib, bu ilin aprelin 25-də vəzifəsini tərk edərək siyasətdən getdiyini bildirib.



Xəbəri paylaş

9 dəfə oxunub.

Digər xəbərlər