Saytımızı qiymətləndirin


 
 

Ermənistan Azərbaycan Prezidentinin bəyanatını alqışlayır
Tarix: 21-10-2025 | Saat: 14:40
Bölmə:Karusel / Region | çapa göndər

Ermənistan Azərbaycan Prezidentinin bəyanatını alqışlayır


Ermənistan Baş nazirinin mətbuat katibi Nazeli Bağdasaryan Azərbaycanın Ermənistana yük tranzitinə qoyulan məhdudiyyətləri aradan qaldırmaq qərarını şərh edib.

Qarabaginfo.az xəbər verir ki, Bağdasaryanın sözlərinə görə, Ermənistan Respublikası Azərbaycan Prezidentinin Ermənistana yüklərin tranzitinə qoyulan məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı bəyanatını alqışlayır.

“Bu addım Vaşinqtonda əldə edilmiş razılaşmalara uyğun olaraq, regional kommunikasiyaların açılması, Ermənistan və Azərbaycan arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi və sülhün institusionallaşdırılması üçün mühüm əhəmiyyət kəsb edir”, - o qeyd edib.

Qeyd edək ki, Prezident İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə mətbuata bəyanatında Azərbaycanın Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırdığını bildirib.



Xəbəri paylaş

14 dəfə oxunub.

Digər xəbərlər