NATO Litva-Belarus sərhədində genişmiqyaslı hərbi təlimlərə başlayıb
Tarix: 06-10-2025 | Saat: 16:45
Bölmə:Karusel / Dünya | çapa göndər
103 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 06-10-2025 | Saat: 16:45
Bölmə:Karusel / Dünya | çapa göndər
Bu gün Litvada Belarus sərhədindən bir neçə kilometr məsafədə beynəlxalq NATO hərbi təlimləri başlayıb.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Litvanın silahlı qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, təlimlərdə təxminən 3 min litvalı və alyans ölkələrinin – Belçika, Çexiya, Lüksemburq, Niderland, Norveç, Xorvatiya və Almaniyadan olan hərbi qulluqçular iştirak edəcək. Bundan əlavə, təlimlərə təxminən 650 hərbi texnika – tanklar, piyadaların döyüş maşınları, özüyeriyən artilleriya qurğuları və zirehli nəqliyyat vasitələri cəlb olunacaq.
Məlumatda qeyd olunur ki, təlimlər zamanı hərbi qulluqçular hücum və müdafiə əməliyyatlarını məşq edəcək, həmçinin pirotexniki vasitələr istifadə olunacaq və təlim atəşləri keçiriləcək.
Xəbəri paylaş
Digər xəbərlər
19-08-2022, 12:17
Sabaha olan hava proqnozu AÇIQLANDI
8-10-2020, 17:51
Nazir müşaviri: “Dağlıq Qarabağdakı iqtisadi ziyan hesablanır”
15-09-2026, 15:08
Peskov: Moskva Trampın Rusiya ilə Ukrayna arasında enerji atəşkəsi ideyasını yaxşı təşəbbüs hesab edir
28-10-2025, 10:21
Azərbaycan BMT-nin “Kibercinayətkarlığa qarşı” Konvensiyasını imzalayıb
20-02-2021, 12:20
Putinlə Jirinovski arasında şok dialoq: Bizans belə əldən getdi
10-03-2022, 19:22
Deputatlar Dünya Bankının nümayəndələri ilə görüşüb
8-04-2022, 20:47
Lüis Suareslə "Fənərbağça" və "Beşiktaş" maraqlanır
11-04-2019, 10:02
Direktor və müavinlərin vəzifə maaşlarında dəyişiklik edildi
13-03-2023, 12:33
Vəzifəli şəxsin meyiti binanın girişində tapılıbmış
















