Saytımızı qiymətləndirin


 
 

ABŞ bağlanmaya görə ÜDM-də həftədə 15 milyard dollar itirə bilər
Tarix: 02-10-2025 | Saat: 08:30
Bölmə:Karusel / Dünya | çapa göndər

ABŞ bağlanmaya görə ÜDM-də həftədə 15 milyard dollar itirə bilər

02 oktyabr 2025 06:01 (UTC +04:00)

Vaşinqton administrasiyası hesab edir ki, ABŞ hökumətinin qismən bağlanması potensial olaraq Ümumi Daxili Məhsulda (ÜDM) həftədə təxminən 15 milyard dollar itkiyə səbəb ola bilər.

Qarabaginfo.az xəbər verir ki, bu barədə “Politico” mənbələr istinadən məlumat yayıb.

Bildirilir ki, ABŞ prezidenti Donald Trampın iqtisadi məsələlər üzrə müşavirləri uzun müddət dayanmanın ciddi iqtisadi nəticələrə səbəb ola biləcəyi barədə xəbərdarlıq edirlər.

Onların hesablamalarına görə, qapanma davam edərkən ABŞ hər həftə ÜDM-də 15 milyard dollar itirə bilər; əgər bu bir ay davam edərsə, işsizlərin sayı 43 min nəfər artacaq.

Qeyd olunur ki, təxminən 1,9 milyon federal işçinin məzuniyyətə göndəriləcəyi və ya ödənişsiz işləyəcəyi bu hesablamalara daxil deyil.

Hesablamalara görə, bağlanma bir ay davam edərsə, ABŞ-da istehlak xərcləri 30 milyard dollar azalacaq.

Qeyd edək ki, ABŞ federal hökuməti maliyyə çatışmazlığı səbəbilə oktyabrın 1-də qismən fəaliyyətini dayandırıb.



Xəbəri paylaş

31 dəfə oxunub.

Digər xəbərlər