Saytımızı qiymətləndirin


 
 

Gələn il Şuşa və Cəbrayılda seysmik stansiyalar quraşdırılacaq
Tarix: 28-12-2020 | Saat: 15:03
Bölmə:Karusel / Qarabağ | çapa göndər

 

Gələn il Şuşa və Cəbrayılda seysmik stansiyalar quraşdırılacaq

Hazırda respublika ərazisində 62 seysmik stansiya vasitəsi ilə tədqiqatlar aparılır.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Respiblika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bildirib.

O qeyd edib ki, 2021-ci ildə daha 22 stansiya quraşdırılacaq və bununla stansiyaların sayı 84-ə çatdırılacaq. 

RSXM-nin 2021-ci il planına işğaldan azad edilmiş rayonlarımızda seysmik stansiyaların açılması məsələsi də artıq salınıb. 2021-ci ildə Şuşa və Cəbrayılda, 2022-ci ildə Kəlbəcər və Qubadlı rayonlarında seysmik stansiyalar quraşdırılması nəzərdə tutulur. Növbəti illərdə isə Zəngilan, Laçın, Xocavənd, Tərtər (Talış kəndi), Ağdərə və Xankəndində seysmik stansiyaların quraşdırılması nəzərdə tutulur ki, bununla da RSXM tərəfindən respublika ərazisində seysmik müşahidələri tam şəkildə aparmaq mümkün olacaqdır.

 



Xəbəri paylaş

338 dəfə oxunub.

Digər xəbərlər