Saytımızı qiymətləndirin


 
 

“Formula 1″in əsas yarışı başa çatıb –Qalibə mükafat verildi
Tarix: 21-09-2025 | Saat: 19:37
Bölmə:Karusel / İdman | çapa göndər

 

“Formula 1” üzrə Azərbaycan Qran-prisində əsas yarış başa çatıb.

Qarabaginfo.az xəbər verir ki, mübarizə saat 15:00-da başlayıb.

Yarışı “Red Bull” pilotu Maks Ferstappen lider tamamlayıb. Bu, onun ikinci Bakı çempionluğu olub. Pilot ilk dəfə 2022-ci ildə Azərbaycanda qalib adına yiyələnib.

Niderlandlı pilotu “Mercedes”dən Corc Rassell və “Uilyams”dan Karlos Sayns izləyib.

 

“Formula 1” üzrə Azərbaycan Qran-prisinin qalibi mükafatlandırılıb.

“Red Bull” pilotu Maks Ferstappenə kubok təqdim olunub.

Qeyd edək ki, niderlandlı sürücü ikinci dəfə Bakı trekində qələbə sevinci yaşayıb.


Xəbəri paylaş

109 dəfə oxunub.

Digər xəbərlər