Saytımızı qiymətləndirin


 
 

Xocalının Seyidbəyli kəndinə ilk köç karvanı çatıb, açarlar sakinlərə təqdim edilib
Tarix: 13-09-2025 | Saat: 15:14
Bölmə:Karusel / Qarabağ | çapa göndər

 

Xocalının Seyidbəyli kəndinə ilk köç karvanı çatıb, açarlar sakinlərə təqdim edilib - FOTO - VİDEO - YENİLƏNİB-1

Sentyabrın 13-də Xocalı rayonunun Seyidbəyli kəndinə ilk köç prosesi həyata keçirilib.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, ikin mərhələdə kəndə 30 nəfər köçürülüb.

Onlar bu gün yeni mənzillərinə yerləşdiriliblər.

Mənzillərin açarlarını ailələrə təqdim edən Prezidentin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov sakinlərə məlumat verib ki, Seyidbəyli kəndində müasir tələblərə cavab verən fərdi yaşayış evləri inşa olunub, qaz, işıq və su xətləri tam bərpa edilib və digər sosial infrastruktur obyektləri sakinlərin istifadəsinə verilib.

Sakinlər də bu gün doğma yurda qayıtmağın sevincini bölüşüblər.



Xəbəri paylaş

26 dəfə oxunub.

Digər xəbərlər