Tarix: 09-09-2025 | Saat: 20:05
Bölmə:Karusel / Siyasət | çapa göndər
Türkiyə Xarici İşlər Nazirliyi Qətərin paytaxtı Dohada “İsrailin HAMAS-ın danışıqlar qrupuna hücumunu pisləyib”.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Türkiyə XİN bəyanat yayıb.
“Atəşkəs danışıqları zamanı HAMAS-ın danışıqlar qrupuna hücum İsrailin məqsədinin sülhə nail olmaq deyil, müharibəni davam etdirmək olduğunu nümayiş etdirir”, - bəyanatda qeyd olunub.
Bəyanatda deyilib ki, “atəşkəs danışıqlarında vasitəçilik edən Qətər bölgədə İsrailin hücumuna məruz qalan ölkələr sırasına əlavə edilib”: “Qətərin suverenliyinə və təhlükəsizliyinə qarşı bu mənfur hücuma qarşıyıq. Biz bir daha beynəlxalq ictimaiyyəti Fələstində və regionda davam edən təcavüzün dayandırılması üçün İsrailə təzyiq göstərməyə çağırırıq”.
İran XİN-in sözçüsü İsmayıl Bəqayi də İsrailin Dohada HAMAS hərəkatının nümayəndələrinə “hücumunu pisləyib”, bunu beynəlxalq hüququn pozulması kimi qiymətləndirib. O qeyd edib ki, bu, bütün beynəlxalq normaları, eyni zamanda, Qətərin suverenliyini və ərazi bütövlüyünü pozur.
Digər xəbərlər