Saytımızı qiymətləndirin


 
 

Milli Məclisin növbədənkənar iclası çağrıldı –Ermənistanla sülh sazişi müzakirəyə çıxarılır
Tarix: 05-09-2025 | Saat: 14:02
Bölmə:Karusel / Siyasət | çapa göndər

Picture background

Azərbaycan Respublikası Konstitusiyasının 88-ci maddəsinin 2-ci hissəsinə əsasən, Milli Məclisin deputatları parlamentin növbədənkənar sessiyasının çağırılması barədə spiker Sahibə Qafarovaya müraciət ediblər.

Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.
Milli Məclisin sədri Sahibə Qafarova müraciəti nəzərə alaraq, Milli Məclisin növbədənkənar sessiyasının çağırılması haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, sentyabrın 9-da Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində “Vaşinqton razılaşmaları: sülh diplomatiyasının və müdrik liderliyin təntənəsi” mövzusunda xüsusi iclas keçiriləcək.



Xəbəri paylaş

10 dəfə oxunub.

Digər xəbərlər
17-09-2018, 17:41 Məzənnə dəyişmədi