Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Milli Məclisin növbədənkənar iclası çağrıldı –Ermənistanla sülh sazişi müzakirəyə çıxarılır
Ana Sayfa > Karusel / Siyasət > Milli Məclisin növbədənkənar iclası çağrıldı –Ermənistanla sülh sazişi müzakirəyə çıxarılır

Milli Məclisin növbədənkənar iclası çağrıldı –Ermənistanla sülh sazişi müzakirəyə çıxarılır


Bu gün, 14:02. Yazar: Admin

Picture background

Azərbaycan Respublikası Konstitusiyasının 88-ci maddəsinin 2-ci hissəsinə əsasən, Milli Məclisin deputatları parlamentin növbədənkənar sessiyasının çağırılması barədə spiker Sahibə Qafarovaya müraciət ediblər.

Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.
Milli Məclisin sədri Sahibə Qafarova müraciəti nəzərə alaraq, Milli Məclisin növbədənkənar sessiyasının çağırılması haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, sentyabrın 9-da Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində “Vaşinqton razılaşmaları: sülh diplomatiyasının və müdrik liderliyin təntənəsi” mövzusunda xüsusi iclas keçiriləcək.


Geri dön