Saytımızı qiymətləndirin


 
 

Putin ona general-leytenant rütbəsi verdi
Tarix: 04-09-2025 | Saat: 19:55
Bölmə:Karusel / Dünya | çapa göndər

Putin ona general-leytenant rütbəsi verdi

 

Rusiya prezidenti Vladimir Putin Çeçenistan hökumətinin başçısı Maqomed Daudova general-leytenant hərbi rütbəsinin verilməsi haqqında fərman imzalayıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov məlumat verib.

"Rusiya Federasiyasının Prezidenti öz sərəncamı ilə əziz qardaşım, Çeçenistan Respublikası hökumətinin sədri Maqomed Daudova general-leytenant ali hərbi rütbəsi verib. Bu əlamətdar hadisə onun Vətənin rifahı naminə uzun illər fədakar və məqsədyönlü xidmətinin tanınması kimi xidmət edir. Maqomed Xojaxmedoviç çətin və böyük yol keçib", - deyə Kadırov qeyd edib.

O vurğulayıb ki, Daudov beynəlxalq terrorizmlə mübarizədə dəfələrlə cəsarət və qətiyyət nümayiş etdirib, həm regionun, həm də bütün ölkənin təhlükəsizliyinin möhkəmləndirilməsinə töhfə verib.



Xəbəri paylaş

40 dəfə oxunub.

Digər xəbərlər