Saytımızı qiymətləndirin


 
 

Lavrov Putin-Zelenski görüşü üçün bir daha Rusiyanın şərtini açıqlayıb
Tarix: 24-08-2025 | Saat: 20:42
Bölmə:Karusel / Dünya | çapa göndər

Lavrov Putin-Zelenski görüşü üçün bir daha Rusiyanın şərtini açıqlayıb

Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenskinin görüşü Alyaskada müzakirə olunmayıb.

Qarabaginfo.az-ın xəbərinə görə, bunu Rusiya xarci işlər naziri Sergey Lavrov “NBC News”-a müsahibəsində ABŞ Prezidenti Donald Trampla Vladimir Putin arasında keçirilən görüş barədə sualı cavablandırarkən bildirib.

Sergey Lavrov deyib ki, bu mövzu sonradan, bədahətən qaldırılıb: “Telefon danışığında Vladimir Putin Donald Trampa açıq şəkildə bildirib ki, Moskva Kiyevlə İstanbulda başlayan birbaşa danışıqları davam etdirməyə hazırdır. Rusiya və Ukrayna nümayəndə heyətləri İstanbulda görüşüblər və görüşəcəklər. Volodimir Zelenski Vladimir Putinlə görüşünün prioritetindən danışarkən "məzmuna əhəmiyyət vermədən oynayır". Rusiya Putin və Zelenskinin diqqətinə çatdırılmalı olan məsələləri müzakirə etmək üçün İstanbulda nümayəndə heyətlərinin səviyyəsinin artırılmasını təklif etdi”.



Xəbəri paylaş

42 dəfə oxunub.

Digər xəbərlər