Tarix: 20-07-2025 | Saat: 18:05
Bölmə:Karusel / Dünya | çapa göndər
İranla "Avropa üçlüyü" (Böyük Britaniya, Almaniya və Fransa) arasında Tehranın nüvə proqramı ilə növbəti danışıqlar 27 iyul tarixində İsveçrənin Cenevrə şəhərində baş tutacaq.
Qarabaginfo.az xəbər verir ki, bu, diplomatik mənbələrə istinadən “Sky News Arabia” telekanalı məlumat yayıb.
Mənbələrin bildirdiyinə görə, görüşün əsas məqsədi nüvə razılaşmasının yenidən bərpa olunması və regionda gərginliyin azaldılması yollarının müzakirəsidir.
Danışıqlarda tərəflərin qarşılıqlı öhdəliklər və yeni mexanizmlər üzərində razılaşmağa çalışacağı gözlənilir.
Bundan əvvəl ABŞ, Böyük Britaniya, Almaniya və Fransa arasında əldə olunmuş razılaşmaya əsasən, İranla nüvə sazişinin yekunlaşdırılması üçün son tarix kimi 2025-ci ilin avqust ayının sonu müəyyən edilib.
Digər xəbərlər