Saytımızı qiymətləndirin


 
 

Türkiyə Ermənistanla Ani körpüsünün bərpası məsələsini müzakirə edir
Tarix: 11-04-2025 | Saat: 14:24
Bölmə:Karusel / Region | çapa göndər

Türkiyə Ermənistanla Ani körpüsünün bərpası məsələsini müzakirə edir

Ermənistanla Türkiyə Ani körpüsünün bərpası məsələsini müzakirə edir.

Qarabaginfo.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Ermənistanla əlaqələrin normallaşması üzrə xüsusi nümayəndəsi Sərdar Kılıç deyib.

O bildirib ki, Antalya Diplomatiya Forumu çərçivəsində Türkiyə və Ermənistan xarici işlər nazirləri səviyyəsində görüşün olacağını təxmin edir: “Ruben Rubinyanla (Ermənistanın Türkiyə ilə əlaqələrin normallaşması üzrə xüsusi nümayəndəsi -red.) bir az əvvəl təmasımız oldu, amma hələ dəqiq növbəti görüşün tarixini razılaşdırmamışıq”.

Sərdar Kılıç Türkiyənin də Ermənistandan Konstitusiyasına dəyişiklik tələbinin olub-olmamasına aydınlıq gətirib: “Konstitusiyanın dəyişdirilməsi ilə bağlı Nikol Paşinyan da açıqlama verib. Bu çərçivədə lazımi dəyişiklikləri Ermənistan öz Konstitusiyasında edəcək”.



Xəbəri paylaş

76 dəfə oxunub.

Digər xəbərlər