Ana Sayfa > Karusel / Region > Türkiyə Ermənistanla Ani körpüsünün bərpası məsələsini müzakirə edir
Türkiyə Ermənistanla Ani körpüsünün bərpası məsələsini müzakirə edir11-04-2025, 14:24. Yazar: Admin |
Ermənistanla Türkiyə Ani körpüsünün bərpası məsələsini müzakirə edir. Qarabaginfo.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Ermənistanla əlaqələrin normallaşması üzrə xüsusi nümayəndəsi Sərdar Kılıç deyib. O bildirib ki, Antalya Diplomatiya Forumu çərçivəsində Türkiyə və Ermənistan xarici işlər nazirləri səviyyəsində görüşün olacağını təxmin edir: “Ruben Rubinyanla (Ermənistanın Türkiyə ilə əlaqələrin normallaşması üzrə xüsusi nümayəndəsi -red.) bir az əvvəl təmasımız oldu, amma hələ dəqiq növbəti görüşün tarixini razılaşdırmamışıq”. Sərdar Kılıç Türkiyənin də Ermənistandan Konstitusiyasına dəyişiklik tələbinin olub-olmamasına aydınlıq gətirib: “Konstitusiyanın dəyişdirilməsi ilə bağlı Nikol Paşinyan da açıqlama verib. Bu çərçivədə lazımi dəyişiklikləri Ermənistan öz Konstitusiyasında edəcək”. Geri dön |