Saytımızı qiymətləndirin


 
 

Rusiya XİN: Paris və London Odessaya hərbi müdaxiləyə hazırlaşır
Tarix: 09-04-2025 | Saat: 15:36
Bölmə:Karusel / Siyasət | çapa göndər

 

Rusiya XİN: "Ermənistan və Azərbaycanı danışıqları bərpa etməyə çağırırıq"

Paris və London Odessaya hərbi müdaxilənin parametrlərini hazırlayır.

Qarabaginfo.az-ın Moskva bürosu xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, məhz bu planlar Qərb Baş Qərargah rəislərinin Kiyevdə keçirilən görüşündə müzakirə edilib.

Rusiya XİN sözçüsü qeyd edib ki, aprelin 4-5-də Kiyevdə Ukrayna, Böyük Britaniya və Fransanın Baş Qərargah rəislərinin görüşü keçirilib:"Görüşün məqsədi onların tərtib etdiyi kimi, Ukrayna ərazisinə mümkün yerləşdirmənin operativ planlarını, onların təbirincə, çoxmillətli sülhməramlı kontingentini müəyyən etmək olub. Müzakirələr mahiyyət etibarı ilə Ukraynanın Qara dəniz limanlarına, ilk növbədə Odessaya gələcək Fransa-Britaniya müdaxiləsinin parametrləri ilə bağlı olub”, - Zaxarova vurğulayıb.



Xəbəri paylaş

55 dəfə oxunub.

Digər xəbərlər
7-02-2022, 12:21 Sabahın HAVASI