Saytımızı qiymətləndirin


 
 

ABŞ Dövlət katibi Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının yekunlaşmasını alqışlayır
Tarix: 14-03-2025 | Saat: 17:03
Bölmə:Karusel / Dünya | çapa göndər

ABŞ Dövlət katibi Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının yekunlaşmasını alqışlayır

ABŞ Ermənistan və Azərbaycanı tarixi sülh müqaviləsi üzrə danışıqları yekunlaşdırdıqlarına görə təqdir edir.

Qarabaginfo.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubionun bəyanatında bildirilib.

Qeyd olunub ki, bu addım hər iki ölkə üçün onilliklər boyu davam edən münaqişənin səhifəsini çevirmək mühüm fürsətdir: “Bu hər iki ölkə üçün Prezident Trumpın daha sülhsevər dünya vizyonuna uyğun olaraq onilliklər boyu davam edən münaqişənin səhifəsini çevirmək üçün bir fürsətdir”.

“İndi sülhə nail olmaq, müqaviləni imzalamaq və ratifikasiya etmək eləcə də Cənubi Qafqaz xalqları üçün yeni tərəqqi dövrünü açmaq vaxtıdır”, - bəyanatda qeyd vurğulanıb.

 

Qeyd edək ki, Azərbaycan və Ermənistan Xarici İşlər nazirlikləri bəyanat yayaraq, Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş layihəsinin mətni üzrə danışıqların yekunlaşdığını bildirib.



Xəbəri paylaş

79 dəfə oxunub.

Digər xəbərlər