Saytımızı qiymətləndirin


 
 

Rusiya Azərbaycan qazının Ukrayna vasitəsilə Avropaya tədarükünü müzakirə etmir
Tarix: 12-02-2025 | Saat: 16:50
Bölmə:Karusel / İqtisadiyyat / Dünya | çapa göndər

Rusiya Azərbaycan qazının Ukrayna vasitəsilə Avropaya tədarükünü müzakirə etmir

Rusiya Ukrayna qaz-nəqliyyat sistemindən istifadə etməklə Azərbaycan qazının Avropa İttifaqına svop tədarükü imkanlarını müzakirə etmir.

Qarabaginfo.azxəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksandr Novak bildirib.

Onun sözlərinə görə, bu məsələ müzakirə olunmur.

Qeyd edək ki, Ukraynanın “Qazprom”la tranzit müqaviləsinin müddəti başa çatdıqdan sonra Azərbaycan qazının öz ərazisi ilə Aİ-yə nəqli imkanlarını öyrənməsinə dair məlumat yayılıb.

Xatırladaq ki, yanvarın 1-də Kiyevin müqaviləni uzatmaqdan imtina etməsi səbəbindən Rusiya qazının Ukrayna ərazisindən Avropaya tranziti tamamilə dayandırılıb. Daha sonra Reuters xəbər verib ki, Avropa Komissiyası Ukrayna ərazisi vasitəsilə Avropaya qaz nəqli ilə bağlı Kiyevlə danışıqları davam etdirəcək və bu prosesə Macarıstan və Slovakiyanı da cəlb etmək niyyətindədir. Slovakiyanın xarici və Avropa işləri naziri Yuray Blanarın sözlərinə görə, danışıqların predmeti qazın Azərbaycandan Aİ-yə tranziti ola bilər.



Xəbəri paylaş

39 dəfə oxunub.

Digər xəbərlər