Papuaşvili: AŞPA öz fundamental dəyərlərinə qayıtmalıdır
Tarix: 03-02-2025 | Saat: 17:43
Bölmə:Karusel / Region | çapa göndər
Gürcüstanın hakim “Gürcü Arzusu” partiyası Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətindən öz üzvlərini geri çağırıb.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili məlumat yayıb.
“Biz bu şərtlər altında assambleya ilə işləyə bilmərik. Avropa Şurası Parlament Assambleyası demokratiyaya və xalqların iradəsinə hörmətə əsaslanan fundamental dəyərlərinə qayıtmalıdır. Biz bir-birimizin suverenliyinə hörmət etmiriksə, vətəndaşların demokratik seçimlərinə hörmətsizlik ediriksə beynəlxalq əməkdaşlıq prinsiplərini müzakirə etmək son dərəcə çətinləşir. Həm “Gürcü Arzusu”, həm də “Xalqın Gücü” Gürcüstanın AŞPA-dakı parlament nümayəndəsindən öz üzvlərini geri çağırmaq qərarı qəbul ediblər”, - Şalva Papuaşvili deyib.
Papuaşvili nümayəndə heyəti üzvlərinin ayrı-ayrılıqda mandatlarının dayandırılması üçün AŞPA prezidentinə müraciət etdiklərini qeyd edib. O, AŞPA prezidenti ilə danışaraq hazırda qurumda Gürcüstan parlamentinin üzvlərinin olmadığı barədə məlumat verəcəyini qeyd edib.
124 dəfə oxunub.
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
2-10-2021, 14:53
Rəsmi Moskva: “Ermənistanı Azərbaycana qarşı dəstəkləmirik”
13-08-2025, 10:22
Milli Qvardiya qüvvələri Vaşinqtonda vəzifələrinin icrasına başlayıb
16-02-2022, 23:59
Hulusi Akar NATO Baş katibi ilə görüşüb
26-05-2021, 11:16
Gürcüstanın baş naziri Türkiyəyə gedəcək
30-12-2021, 17:03
Azərbaycanda əkin subsidiyaların əhatə dairəsi genişləndirilib
17-02-2020, 13:34
Ayaz Mütəllibov Nikol Paşinyanın ittihamlarını əsassız adlandırıb
22-04-2024, 10:01
Rusiyada iki polis öldürülüb, biri yaralanıb
20-05-2021, 13:32
Sabah 36 dərəcə isti olacaq
21-07-2025, 10:41
Roma Papası Qəzzadakı qətliamı pislədi- Yardım növbəsində 93 fələstinli güllələnərək öldürüldü