Bu qərar universitetin inkişafına daha da töhfə vermək və işçilərin sosial rifahını yaxşılaşdırmaq məqsədi daşıyıb.
Mingəçevir Dövlət Universitetinin rektor vəzifəsini müvəqqəti icra edən, Tədris işləri üzrə prorektor Üzeyir Zeynalov qərarın universitetin əməkdaşlarının əməyinin layiqincə qiymətləndirilməsi və onların fəaliyyətinə daha da stimul verilməsi məqsədini daşıdığını vurğulayıb. O, həmçinin, bu addımın universitetin daha da güclənməsinə və yüksək səviyyədə təhsil təmin etməyə yönəlmiş olduğunu qeyd edib.