Tarix: 19-11-2020 | Saat: 12:53
Bölmə:Karusel / Qarabağ | çapa göndər
“Bu sursatlar kustar üsulla hazırlanıb, zavod istehsalı deyil”.
Qarabaginfo.az xəbər verir ki, bunu Füzuli rayonunun işğaldan azad olunan Qorqan kəndində jurnalistlərə açıqlamasında ermənilərin qoyub qaçdığı hərbi sursatları nümayiş etdirən ANAMA-nın əməkdaşı Musa Məmmədov deyib.
Onun sözlərinə görə, bu cür qurğular yaxın keçmişdə İŞİD və PKK terrorçuları tərəfindən istifadə olunub: “Yaxında gördüyümüz 240 mm-lik raketlərin də üzərində hər hansı boya və yazıların olmaması həmin raketlərin də kustar üsulla hazırlanmasına dəlalət edir. Qanuni rus istehsalı olan bu tip raketlər “M-24 F” raketləridir ki, bunlar əsasən iki modifikasiyada olub; maksimum 7 km və 11 km məsafəyə atılanlar və qanunauyğunluqla da partlayıcı çəkiciləri 18 və 27 kq olanlar. Amma Yaxın Şərqdə istifadə olunan kustar üsulla hazırlanan raketlərdə uçuş məsafəsi 18 km-ə qədər, partlayıcı maddə 40 kq-ə qədər artırılıb ki, daha böyük dağıntılar törətsin".
M.Məmmədov deyib ki, burdakı raketlərin üzərində hər hansı boyanın olmaması da hamısının eyni tip, eyni qaynaqdan raketlər olmasına dəlalət edir. APA
Digər xəbərlər