Saytımızı qiymətləndirin


 
 

“Enerji sektorunda əməkdaşlığı müzakirə etdik” –Zelenski İlham Əliyevə təşəkkür etdi
Tarix: 22-01-2025 | Saat: 15:49
Bölmə:Karusel / Siyasət | çapa göndər

 

“Prezident İlham Əliyevlə ikitərəfli əlaqələri və enerji sektorunda əməkdaşlığı müzakirə etdik”.

Qarabaginfo.az bildirir ki, bu sözləri Ukrayna prezidenti Zelenski Azərbaycanın dövlət başçısı ilə Davosdakı görüşündən sonra paylaşımında yazıb.

Zelenski deyib ki, “AZAL”-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı bir daha başsağlığı verib.

“Biz, həmçinin ikitərəfli əlaqələri və onların gələcək inkişafını, o cümlədən ölkələrimiz arasında ticarətin artırılması perspektivlərini və enerji sektorunda əməkdaşlığı müzakirə etdik.
Azərbaycanın Ukraynaya göstərdiyi bütün yardımları yüksək qiymətləndiririk. Təşəkkür edirəm!”



Xəbəri paylaş

25 dəfə oxunub.

Digər xəbərlər