Azərbaycan Hava Yollarına (AZAL) məxsus Embraer 190/195 təyyarəsi Bakı-Kazan marşrutu üzrə uçuş zamanı, yanvarın 1-də Həştərxan üzərində radio maneələr və GPRS pozuntuları ilə üzləşib.
Qarabaginfo.az bildirir ki, bu barədə Turan Agentliyi aviasiya sahəsindəki mənbəyə istinadən məlumat yayıb.
Təyyarənin aviyonikası yalnız Hətərxan hava məkanını tərk etdikdən sonra normal fəaliyyətini bərpa edib.
Bu pozuntu Ukrayna PUA-larının Həştərxana hücumları ilə üst-üstə düşüb. Bu da bölgənin hava hücumundan müdafiə sistemlərini işə salıb. Lakin hakimiyyət orqanları adətən hava təhlükələrinin artdığı hallarda tətbiq edilən fövqəladə protokol olan “Əhatə Əməliyyatı”nı aktivləşdirməyiblər.
AZAL Bakı-Kazan reyslərini bazar ertəsi, çərşənbə və şənbə günləri həyata keçirir.