“Çoxarvadlılığa icazə verən fətva dünyəvi qanunları pozmur, qadın və uşaqların müdafiəsinə yönəlib”.
Qarabaginfo.az bildirir ki, bu barədə Rusiya Müsəlmanları Ruhani İdarəsinin sədri Ravil Qaynutdin bildirib.
Dini rəhbər deyib ki, burada vətəndaş nikahı danışılmır: “Biz israr edirik ki, müsəlman nikahında doğulan uşaqların ataları onları təmin etsinlər. Qadınlar yardım və müavinət üçün dövlətə müraciət etməyə məcbur qalmasınlar”, – Qaynutdin aydınlıq gətirib.