Saytımızı qiymətləndirin


 
 

İsrail ordusu  Yəmənin paytaxtına zərbələr endirib
Tarix: 19-12-2024 | Saat: 11:45
Bölmə:Karusel / Dünya | çapa göndər

İsrail ordusu  Yəmənin paytaxtı Sənadakı hərbi mövqelərə dəqiq zərbələr endirib.

Qarabaginfo.az bildirir ki, bu barədə Husilərin nəzarətində olan media məluamt yayıb.

İsrailin Yəmənin paytaxtını atəşə tutması nəticəsində azı 9 nəfər ölüb

Bu, husi yaraqlıları tərəfindən İsrailə doğru atılan raketin tutulmasından sonra səhər saatlarında baş verib.

İsrail ordusunun bəyanatında deyilir: “Hücum edilən hədəflər Husilər tərəfindən hərbi əməliyyatlar üçün istifadə olunur”.

Husilərin nəzarətində olan Al Masirah TV-yə görə, Es Salif limanının atəşə tutulması nəticəsində 7 nəfər, Ras İsa neft obyektinə edilən hücumlar zamanı isə daha iki nəfər həlak olub.



Xəbəri paylaş

56 dəfə oxunub.

Digər xəbərlər